17 Yanvar 2018 12:29
2 234
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Suriyada quracağı 30 minlik silahlı qüvvə bölgədə gərginliyi yüksəldəcək və müharibəni körükləyəcək.

Teleqraf.com xəbər verir ki, bu xəbərdarlıqla İran Prezidenti Həsən Ruhani çıxış edib.

Prezident Ruhani Türkiyə və Rusiya ilə həmrəylik nümayiş etdirərək, ABŞ-ın Suriya sərhədlərinə 30 minlik hərbi kontingent yerləşdirilməsi ideyasına qarşı çıxış edib.

Tehranda Suriya parlamentinin sədri ilə görüş zamanı Həsən Ruhani bəyan edib ki, ABŞ-ın Suriya ilə bağlı yeni planı beynəlxalq qanunlara hörmətsizlik və Suriyanın ərazi bütövlüyünə qarşı təhdiddir.

ABŞ-ın liderliyində qurulmuş İŞİD-ə qarşı koalisiyanın verdiyi açıqlamada isə qeyd edilib ki, Suriya Demokratik Güclərindən ibarət 30 minlik sərhəd-mühafizə dəstələri yaradılacaq. Bu hərbi birləşmə əsasən Suriya-Türkiyə və Suriya-İraq sərhədlərində yerləşdiriləcək. Məqsəd İŞİD-in yenidən Suriyaya qayıtmasına mane olmaqdır.


Müəllif: Cavad