23 Yanvar 2018 13:24
1 373
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin sərhədlərini qorumaq haqqı var.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Baş naziri Tereza Mey deyib.

Mey bu bəyanatla Türkiyənin Afrində keçirdiyi “Zeytun budağı” əməliyyatına dəstəyini nümayiş etdirib.

O, əlavə edib ki, Böyük Britaniya Suriyada Türkiyənin fəaliyyətini yaxından izləyir.

Qeyd edək ki, dünən İngiltərənin Xarici İşlər naziri Boris Conson da oxşar açıqlama vermişdi.


Müəllif: Samir