7 Avqust 2014 14:59

Bu gün dövlət katibinin köməkçisi Bill Börnsün rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti ilə İran rəsmiləri Tehranın nüvə proqramının müzakirəsi üçün Cenevrədə görüşəcəklər

Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.


“Bu ikitərəfli məsləhətləşmələr Avropa Birliyinin ali nümayəndəsi Ketrin Eştonun rəhbərlik etdiyi nüvə danışıqları kontekstində keçiriləcək”, - deyə Dövlət Departamentindən bildirilib.


ABŞ nümayəndə heyətinə vitse-prezident Co Baydenin təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Ceyk Sullivan və dövlət katibinin siyasi məsələlər üzrə müavini Uendi Şerman da daxildir.

/APA/


Müəllif:
Загрузка...