18 May 2018 21:38
1 642
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran ətrafında yaranmış böhrandan istifadə edərək, Güney Azərbaycan məsələsinin gündəmə gətirilməsi uğursuz addım olar.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Sədrəddin Soltan deyib.

Politoloqun sözlərinə görə, hazırda İranla bağlı tamam başqa planlar var: “Hesab edirəm ki, bu mərhələdə Güney məsələsinin gündəmə gətirilməsi sui-istifadə halı kimi görünəcək. İran ətrafında beynəlxalq müzakirələr bu ölkədə yaşayan xalqların öz müqəddaratlarını təyin etməsindən getmir. Hazırda diqqət İranın şübhəli nüvə proqramı, Tehranın beynəlxalq terrorizmi dəstəkləməsi və bu ölkədə insan haqlarının pozulmasından gedir.

Buna görə də, indiki halda Güney Azərbaycan türklərinin milli haqlarından istifadə siyasi alver predmeti ola bilər. Hesab edirəm ki, məsələnin indiki mərhələdə masaya yatırılması məqbul deyil. Əgər masaya yatıracaqlarsa, demək ki, Güney Azərbaycan türklərinə qarşı xəyanət hazırlanır.

Bu mərhələdə əsas məsələ ya İrandakı hakimiyyətin getməsi, ya da islah olunmasıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu