29 Aprel 2014 16:44
938

Bu gün Saatlı rayonunun Mustafabəyli kənd sakini, 18 yaşlı Rəmziyyə Şəmmədova özünü asaraq öldürüb. Rəmziyyə Şəmmədovanın sevmədiyi oğlanla nişanlanmaq istədiklərinə görə intihar etdiyi ehtimal olunur.

Mustafabəyli kəndinin sakinləri isə gənc qızın intihar etməsinə şübhə ilə yanaşır. Onun atası tərəfindən ölüdürülərək asılma ehtimalı ortaya çıxıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Analitik Araşdırmalar və İnformasiya şöbəsinin müdiri Elgün Səfərov Teleqraf.com-a açıqlamasında intihar hadisəsinin komitə tərəfindən araşdırıldığını bildirib. Onun sözlərinə görə, rayon prokurorluğudan hadisənin təfərrüatları ilə bağlı xeyli məlumat əldə olunub, ancaq istintaq prosesi davam etdiyindən gizli saxlanılır: “Bizim komitənin də Saatlıda nümayəndəsi var. Hadisə ilə bağlı əlimizdə faktlar var.

Ancaq intiharın valideynlərin və ya başqa bir kəsin zorakılığı, təsir etməsi ilə baş verdiyi təsdiqini tapmayıb. Çünki bu barədə hələ sonuncu rəsmi məlumat yoxdur. Bununla bağlı rayon prokurorluğu və polis bölməsindən bizə rəsmi məlumat verilməlidir”.

SEVİNC


Müəllif: