19 Fevral 2015 12:43
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fevralın 25-26-da Azərbaycana rəsmi səfər edəcək.

Report xəbər verir ki, bu haqda Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Türkiyəli nazirin Azərbaycanda yüksək vəzifəli rəsmilərlə görüşəcəyi nəzərdə tutulub.

"Görüşdə Türkiyə-Azərbaycan münasibətləri, Dağlıq Qarabağ münaqişəsi başda olmaqla bölgədə, dünyada baş verən hadisələr əhatəli şəkildə müzakirə ediləcək", - nazirlikdən bildirilib.


Müəllif: