28 İyul 2015 11:42
262

Azərbaycan hökuməti insan alverinin qarşısını almaq məqsədilə əhəmiyyətli səylər göstərir.

Trend-in məlumatına əsasən, bu barədə ABŞ Dövlət Departamentinin dünya ölkələrində insan alveri ilə bağlı vəziyyət haqqında sonuncu hesabatında bildirilir.

Hesabatda qeyd edilir ki, Azərbaycanda insan alveri ilə bağlı halların müvafiq orqanlar tərəfindən araşdırılma sayı artıb. Reinterqasiyanın təmin edilməsi və xəsarət alanlara, xüsusilə cəzaçəkmə müəssisələrindən azad edilənlərə, həmçinin dövlət internat məktəbləri və uşaq evlərinin şagirlərinə yardım edilməsi üçün ölkədə yeni milli plan və qanun layihəsi qəbul edilib.

Bundan başqa, hesabatda bildirilir ki, Azərbaycanın hüquq-mühafizə orqanları insan alverinə qarşı mübarizəni gücləndirib.


Müəllif: