28 İyun 2014 21:47
484

Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev Ukraynaya gedəcək.

Bu haqda partiyaya yaxın şəxslər bildirib. Verilən informasiyaya görə, Bədrəddin Quliyev Ukrayna səfəri zamanı bir sıra şəxslərlə görüşəcək. Onun görüşəcəyi şəxslərin arasında hazırda Kiyevin meri postunu tutan Udar Partiyasının sədri Kliçko da var.

Hələlik səfərin vaxtı bəlli deyil. Bəlli olan budur ki, Kliçko səfərin və görüşün vaxtını müəyyən etməyi CHP sədrinin ixtiyarına buraxıb.

Qeyd edək ki, buna qədər Bədrəddin Quliyev Monqolustanda olub, bu ölkədə yaşayan türklərlə görüşüb. Eləcə də, İraqda baş verən son hadisələrlə bağlı bu ölkənin rabitə və texnologiyalar naziri Müftüoğlu ilə müzakirələr aparıb.


Müəllif: