25 Aprel 2017 21:43
1 260
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əkbərcan Cəlilov sifarişi "Əl-Qaida"nın lideri Ayman əl Cəvaxiridən alıb

“İmam Şamil Tabor” qruplaşması Rusiyanın Sankt-Peterburq şəhərindəki metroda baş verən terrora görə məsuliyyəti üzərinə götürüb.

Teleqraf.com "Röyter" agentliyinə istinadən xəbər verir ki, bu barədə terrorçuların fəaliyyətinin monitorinqini aparan “SITE Intelligence Group” təşkilatı məlumat yayıb.

Agentliyin məlumatına görə, qatil Əkbərcan Cəlilov sifarişi "Əl-Qaida"nın lideri Ayman əl Zəvaxiridən alıb.

Qeyd edək ki, Rusiya Federal Təhqiqatlar Bürosunun rəhbəri Aleksandr Bortnikov ötən həftə açıqlamasında torrorun sifarişçisinin bəlli olduğunu desə də, təfərrüatları açıqlamamışdı.

Xatırladaq ki, aprelin 3-də Sankt Peterburq metropolitenində törədilən partlayış nəticəsində 14 nəfər ölüb, 50-dən çox sərnişin yaralanıb. Faktla bağlı 10 nəfər həbs edilib.


Müəllif: