19 May 2017 10:25
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin iki qırıcı təyyarəsi Şərqi Çin dənizinin üzərində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin qarşısını kəsib.

Teleqraf.com NBC telekanalına istinadla bildirir ki, ABŞ-ın VC-135 Konstant Foniks təyyarəsi nüvə partlayışlarının aşkar edilməsi üçün atmosferdən nümunələr toplamaq məqsədilə Şərqi Çin dənizinin üzərin uçarkən, Çinin iki Su-30 qırıcısı onun fəaliyyətinə müdaxilə edib.

Amerikalı hərbçilər bildirib ki, VC-135-in heyəti Çinin bu hərəkətini "qeyri-peşəkarlıq" kimi dəyərləndirib. Onlar hesab edir ki, ABŞ təyyarəsi beynəlxalq qanunvericiliyə uyğun olaraq, hərəkət edib. Məsələ ilə bağlı Çinin diplomatik kanallar vasitəsilə xəbərdar edildiyi də bildirilib.

Qeyd edək ki, eyni insident 2016-ci ildə də baş vermişdi. O zaman Çin qırıcıları Cənubi Çin dənizi üzərində ABŞ-ın kəşfiyyat təyyarəsini saxlamışdı. Pentaqon təyyarəçilərin hərəkətinin təhlükəli olduğunu bildirmiş, Çin isə ABŞ-dan ərazidə kəşfiyyat işini dərhal dayandırmağı tələb etmişdi.


Müəllif: Teleqraf.com