22 May 2017 08:17
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadanın Riçmond şəhərində dəniz şiri qıza hücum edərək suya atıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda əvvəlcə dəniz şirinin üzdüyü an əks olunub, heyvan ona sahildə dayanıb çörək tikələri atan insanlara yaxınlaşıb və anidən gənc qızın donundan yapışaraq suya salıb. Hadisə yerində olan kişilərdən biri özünü suya ataraq qızı xilas edib.

Britaniya Kolumbiyası Universitetinin dənizlərin tədqiqatı mərkəzinin direktoru Endrü Traytsın sözlərinə görə, videoçarxdakı heyvan Kaliforniya dəniz şiridir: “Nəzərə almaq lazımdır ki, onlar nəhəngdirlər və sirkdə çıxış etmirlər. Onlar insanlarla qarşılıqlı təsirə öyrəncəli olmadıqlarından diqqətli olmaq lazımdır”.


Müəllif: Teleqraf.com