19 İyul 2014 21:36

İyulun 16-da AXCP Ali Məclisinin sessiyasını keçirilib. Sessiyada partiyan növbəti qurultayının keçirilməsi istiqamətində müzakirələr aparılıb, sonda qurultayı təşkil etmək məqsədilə Təşkilat Komitəsi yaradılıb.

Təşkilat Komitəsi qurultayın keçirilib-keçirilməməsi haqda düşünəcək, lazım gəlsə, hazırlıq işlərinə start verəcək. Ancaq görünən budur ki, indiki reallıqlar çərçivəsində AXCP qurultayını Əmircanda Səttar Bəhlulzadə adına sarayda keçirəcək.

Bu saraya isə Müsavat getmir və bildirir ki, orada qurultay keçirmək mümkün deyil. Müsavatın əbədi müttəfiqi və rəqibi olan AXCP isə bu addımı ilə Müsavatı təhrik edir ki, Əmircana gedib qurultayını keçirsin və İsa Qəmbərlə vidalaşsın.


Müəllif: