18 İyul 2017 18:17
1 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:05

Sumqayıt şəhərində kanalizasiya düşən şəxs ölüb.

Bunu Teleqraf.com-a açıqlamasında Sumqayıt Şəhər Səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyev deyib.

Onun sözlərinə görə, Sumqayıt şəhərində kanalizasiya xəttində nasazlıq baş verib: “Bir mülki şəxs onu təmizləmək üçün həmin quyuya düşüb. Daha sonra məlumat verilib ki, quyuya düşən şəxs geri qayıtmayıb. Fövqəladə Hallar Nazirliyi(FHN) Sumqayıt Regional Mərkəzinin həmin şəxsi xilas etmək üçün quyuya düşən bir əməkdaşı da qazdan boğularaq dünyasını dəyişib. Ondan başqa dörd əməkdaş isə zəhərlənib”.

Nəriman Baxşəliyev xəstəxanada olan yaralıların vəziyyətindən də danışıb: “İkisinin vəziyyəti orta ağır, digər iki nəfərin vəziyyəti isə ağırdır. İki nəfəri toksikologiya mərkəzinə yönəldirdik”.

Şöbə müdiri qeyd edib ki, hazırda yaralıların adları müəyyənləşir.

***

Sumqayıtda baş verən hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyini məlumat yayıb.

Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərindəki 76-cı məhəllədə kanalizasiya quyusuna bir nəfərin düşməsi haqqında məlumat daxil olub.

FHN Sumqayıt Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. Quyuya düşmüş vətəndaşın meyiti xilasedicilər tərəfindən çıxarılıb, lakin baş vermiş bədbəxt hadisə nəticəsində əməkdaşlardan bir nəfər həlak olub, üç nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

***

Sumqayıtda kanalizasiyaya düşən şəxsi xilas etməyə çalışarkən ölən və yaralanan FHN əməkdaşlarının adları məlum olub

Bunu Teleqraf.com-a Sumqayıt Şəhər Səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyev deyib.

Onun sözlərinə görə, hadisə zamanı ölən FHN əməkdaşının adı Ruslan Məmmədovdur: “Mülki şəxsin isə hələ ki, adı müəyyənləşməyib. Reanimasiya yerləşdirilənlər isə 1988-ci il təvəllüdlü Namiq Əhmədov və 1993 təvəllüdlü Natiq Məmmədovdur. 1985 il təvəllüdlü Zahir Bağırov və 1984-cü il təvəllüdlü Ayaz Əliyevdir".


Müəllif: İlhamə Əbülfət