Bu sözləri Teleqraf.com-a açıqlamasında Röyanın prodüsseri Vüsal Rzayev bildirib.
Qeyd edək ki, hələ ötən ay Röyanın keçmiş qayınatası Çingiz Cəlilovun sahibi olduğu "Çudo peçka" mağazalar şəbəkəsinə daxil olan bütün iaşə obyektləri vergi borclarına görə möhürlənərək bağlanıb. Bundan sonra Cəlilovun adına olan milyonluq bağ evləri və Bakıda yerləşən yaşayış evləri müsadirə olaraq əlindən alınıb. Müsadirə olunan daşınmaz əmlaklar arasında iş adamının Röyaya bağışladığı, Nabranda tikdirdiyi bir neçə milyon dəyəri olan bağ evi də var.