24 Aprel 2014 15:56
1 193

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın erməni xalqına “başsağlığı” verməsi bütün dünyada birmənalı qarşılanmayıb.

Məsələyə münasibət bildirən Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa deyib ki, bu məsələyə ABŞ-ın və başqalarının təzyiqi ilə atılan addım kimi baxılmalıdır. Onun sözlərinə görə, əslində baş verən hadisələrə bir soyqırım kimi yanaşması yoxdur:

“Burada daha çox XX əsrin əvvəllərində müharibə şəraitində erməni xalqının da müəyyən əziyyətlər çəkdiyi və başqa problemlər yaşadığı ilə bağlı bir üzüntü ifadəsidir. Buna əslində ABŞ Konqresinin atacağı addımları qabaqlayıcı yanaşma kimi baxılmalıdır. Məncə bu məsələdə Türkiyənin bir az əlavələr etməsi də vacib idi. Çünki siyasət nöqteyi-nəzərdən Türkiyə bu addımı atmasında bir qəbahət yoxdur. O sənədə əlavə edilməliydi ki, erməni silahlı qrupları tərəfindən türklərində o zaman qətl edilməsi də üzüntülü hadisədir. Yəni hər ikisi qeyd edilməli idi. Bunu birtərəfli ifadə eləmək yanlış idi. Ərdoğan ikisini də paralel ifadə etsəydi, daha doğru bir yanaşma olardı. Çünki ermənilər bu cür üzürxahlıqla razılaşacaq anlayışa sahib deyillər. Hər ikisini xatırlatmaqla, o hadisələri daha obyektiv dəyərləndirilməsini ortaya qoya bilərdi. Çox təəssüf ki, Ərdoğan bunu eləmədi. Yəni, məsələnin birtərəfli təqdim edilməsi hadisələrdə ermənilərin daha çox əzab çəkdiyini göstərmək kimi bir fikir formalaşdırdı. Bu baxımdan da mətn daha ciddi və düşünülərək hazırlanmalı idi”.

BƏXTİYAR


Müəllif: