18 Avqust 2017 01:56
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya hökuməti ölkədə 3 günlük matəm elan edib.

Teleqraf.com xəbər verir ki, terror qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla anılacaq. Barselonanın meri Ada Kolau terror aktı qurbanlarının xatirəsinin anılması məqsədilə cümə günü sükut dəqiqəsi elan edib.

Qeyd edək ki, şəhərdə sürücünün avtomobili piyadaların üstünə sürməsi nəticəsində 12 nəfər həlak olub, daha 80 nəfər xəsarət alıb. Hadisəni törətmiş şəxslərdən ikisi polis tərəfindən saxlanılıb, biri isə atışma zamanı öldürülüb.


Müəllif: Teleqraf.com