11 Sentyabr 14:34
147

Sabirabad rayonunda mikroavtobus aşıb. Hadisə nəticəsində iki nəfər ölüb, on nəfər xəsarət alıb.

Teleqraf.com xəbər verir ki, ölən və yaralananların adı məlum olub.

1949-cu il təvəllüdlü Baxşıyev Xələf Əsgəralı oğlunun idarə etdiyi “Mercedes” markalı mikroavtobus radar dirəyinə dəyərək aşıb.

Hadisə nəticəsində Sabirabad rayon sakini, 20 yaşlı Abbasova Gülzar Sakit qızı və 1946-cı il təvəllüdlü Zərbəliey Teymur Xanhüseyn oğlu ölüb.

Sürücüsü və mikroavtobusda olan sərnişinlər - 1986-cı il təvəllüdlü Amil Əhmədov, 1968-ci il təvəllüdlü Şəhla Abbasova, 1992-ci il təvəllüdlü Çimnaz Rəhmətova, 1957-ci il təvəllüdlü Böyükkişi Ağayev, 1963-cü il təvəllüdlü Zeynəb Novruzova, 1988-ci il təvəllüdlü Şakir Həsən oğlu Hüseynov, 1992-ci il təvəllüdlü Mahir Həsən oğlu Hüseynov, 1991-ci il təvəllüdlü Kamran Ələkbərov, 19974-cü il təvəllüdlü Bəylər Quluzadə xəsarət alıblar.

Xəsarət alanlar Sabirabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Onlardan 4-nün vəziyyəti ağır olduğu üçün Bakıdakı xəstəxanalara yola salınıblar. (apa)


Müəllif: Teleqraf.com