12 Sentyabr 18:57

Təl-Əviv - Moskva reysi ilə uçuş həyata keçirən “Aeroflot” aviaşirkətinin təyyarəsi Soçidə təcili eniş etməli olub.

Teleqrfa.com-un məlumatına görə, buna səbəb sərnişinlərdən birinin özünü pis hiss etməsi olub.

Təyyarə Soçi beynəlxalq hava limanının ehtiyat aerodromunda eniş edib.

Bir qadın müayinədən sonra xəstəxanaya yerləşdirilib.

Qısa fasilədən sonra təyyarə uçuşunu davam etdirib.


Müəllif: Teleqraf.com