20 Fevral 2015 11:02

Ərəb şeyxinin Yerin fırlanmamasını iddia etməsi ölkəmizdə də müzakirə edilir. Hətta ölkə sələfilərinin lideri Qamət Süleymanov da bu iddianı bölüşüb.

Məsələyə münasibət bildirən millət vəkili Fazil Mustafa deyib ki, XXI əsrdə bu kimi müzakirələr ola bilər: “Çünki hələ ki dünya həqiqətlərinin çoxu aşkarlanmayıb. Mənim bu məsələ ilə bağlı baxışım odur ki, burada müəyyən dərəcədə elmin gəldiyi nəticələri şübhə altına almağa heç bir əsas yoxdur. Çünki bu, kifayət qədər sübut olunmuş məsələdir. Bunun hansı nöqteyi-nəzərdən söylədiklərini əsaslandırmaq lazımdır. Hər halda bu məsələdə elmin yanaşması doğrudur və din adı ilə bu məsələyə belə izah verilməsi anlaşılmazdır”.

BƏXTİYAR


Müəllif: