10 May 2016 11:48
1 290

“Azərbaycan Arzusu” Hərəkatının sədri Asəf Quliyev Amerikaya səfər edib.

Teleqraf.com bu haqda məlumatı Asəf Quliyevə yaxın mənbələrdən əldə edib.

Xəbərə görə, hərəkat sədri Birləşmiş Ştatlara mayın əvvəlində gedib. Onun bu ölkəyə kimin dəvəti ilə getməsi məlum deyil.

Teleqraf.com-a sızan informasiyaya görə, “Azərbaycan Arzusu” Hərəkatının sədri ilk öncə Las-Veqas şəhərinə səfər edib, bir müddət burada olub, dostları ilə bir araya gəlib.

Daha sonra isə Hyuston şəhərinə gedib. Burada Asəf Quliyevin kimlərlə görüşdüyü, hansı məsələləri müzakirə etdiyi haqqında konkret informasiya yoxdur.

Məlumata görə, hərəkat sədri Bakıya mayın sonlarında qayıdacaq. Onun ABŞ səfəri çərçivəsində Vaşinqton və Nyu-York şəhərində olub-olmayacağı barədə məlumat yoxdur.

Qeyd edək ki, Asəf Quliyev uzun illər AXCP üzvü olub, partiyanın Naxçıvan təşkilatının sədri, AXCP İdarə Heyətinin və Ali Məclisinin üzvü, partiya sədrinin müavini postunda olub. Lakin 2013-cü ilin prezident seçkilərindən əvvəl Milli Şuradan və AXCP-dən istefa verib.

Cavidan


Müəllif: