23 Aprel 2017 16:55
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nuri Şahinin zədəsinin ciddi olduğu bildirilir

Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Nuri Şahin zədələnib.

Teleqraf.com Qol.az-a istinadən xəbər verir ki, Bundesliqanın 30-cu turunda Münhenqladbax “Borussiya”sı ilə qarşılaşmada zədələnərək əvəzlənən türkiyəli futbolçunun zədəsinin ciddi olduğu bildirilir.

Klubun idman direktoru Mixael Zork yerli mətbuata açıqlamasında futbolçunun ayağında qırıq olduğunu və növbəti turlarda meydana çıxa bilməyəcəyini deyib.

Qeyd edək ki, uzun müddət zədədən əziyyət çəkən 28 yaşlı futbolçu yenicə sıraya dönmüşdü. O, cari mövsüm cəmi 4 oyunda meydana çıxıb.


Müəllif: Teleqraf.com