27 Aprel 2017 22:17
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Basketbolun 3x3 növü üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının IV İslam Həmrəyliyi Oyunları üçün heyəti açıqlanıb.

Teleqraf.com komitənin rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Samit Nuruzadə Bakıda keçiriləcək yarışda Amil Həmzəyev, Zaur Paşayev, David Barbakadze və Marşall Mozesə şans verəcək.

Qeyd edək ki, “Bakı-2017”də “A” qrupunda mübarizə aparacaq Azərbaycan millisi Türkiyə, Türkmənistan, Səudiyyə Ərəbistanı və Pakistan yığmaları ilə qarşılaşacaq.

Bu idman növü üzrə ümumilikdə 20 komanda (10 qadın, 10 kişi) yarışlara qatılacaq. Yarışlar mayın 18-21-də 1500 nəfər tamaşaçı tutumuna malik “Basketbol Arena”da keçiriləcək.


Müəllif: