21 İyun 2017 20:36
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın "Real Madrid" klubunda forma geyindiyi dönəmdə vergidən yayındığını etiraf edən argentinalı futbolçu Anxel Di Maria 2 milyon avro və 1 il şərti həbs cəzasına layiq görülüb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, hazırda Fransanın "Paris Saint Germain" klubunda oynayan 29 yaşlı futbolçunun 2012-2013-cü illərdə ümumilikdə 1 milyon 298 min 989 avro 56 sent vergi borcunu ödəmədiyi məlum olub.


Müəllif: Ruslan