27 Sentyabr 2017 00:08
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda və Gürcüstanda keçirilən voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsində beşinci yarış günü başa çatıb.

Teleqraf.com-un məlumatına görə, bu gün "play-off" mərhələsinə start verilib.

"Play-off" mərhələsinin ilk günündə Belarus yığması Çexiya ilə qarşılaşıb. Oyun 3:2 hesabı ilə başa çatıb. İkinci oyun Hollandiya və Xorvatiya arasında keçirilib. Oyun 3:0 hesabı ilə başa çatıb.

Sabah "play-off" mərhələsinin ikinci gününə start veriləcək. "Play-off" mərhələsinin ikinci günündə Polşa-Türkiyə, Bolqarıstan Almaniya oyunları keçiriləcək.

Qeyd edək ki, oktyabrın 1-dək davam edəcək Avro-2017-nin A və C qruplarının oyunları Bakıda Milli Gimnastika Arenasında, B qrupu – Tbilisidə Yeni İdman Sarayında, D qrupunun oyunları isə Göygöldə Olimpiya İdman Kompleksində təşkil edilir.

Qaydalara əsasən, hər qrupdan iki komanda pley-off mərhələsinə vəsiqə qazanır. Çempionatın ¼, yarımfinal və final görüşləri Bakıda keçiriləcək.

Yarışda 16 komanda – A qrupunda Azərbaycan, Macarıstan, Almaniya, Polşa, B qrupunda Gürcüstan, İtaliya, Belarus, Xorvatiya, C qrupunda Türkiyə, Bolqarıstan, Rusiya, Ukrayna, D qrupunda isə Niderland, Serbiya, Belçika və Çexiya voleybolçuları mübarizə aparır.


Müəllif: Teleqraf.com