20 Oktyabr 2017 14:27
1 739
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:19

Həmin nəşrin bütün başqa yazılarında “Qarabağ”ın Azərbaycan klubu olduğu qeyd edilib.

Bu sözləri “Qarabağ” futbol komandası mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Teleqraf.com-a açıqlamasında bildirib.

Qeyd edək ki, İspaniyanın məşhur idman nəşri "Mundo Deportivo" "Atletiko"nun futbolçusu Yannik Karrasko haqda dərc etdiyi yazıda ölkəmizin Çempionlar Liqasındakı təmsilçisi "Qarabağ"ı "erməni klubu" kimi təqdim edib.

Nurlan İbrahimovun sözlərinə görə, həmin ifadə sadəcə bir yerdə işlənib: “Bu təxribatdır, buna görə təzyiqləri də görəcəklər. Belə xırda amillərlə Qarabağın Azərbaycana məxsusluğu fikrini yanlışa çıxara bilməzlər. Həmin təxribatın aradan qaldırılması üçün konkret işlər görəcəyik.

Artıq dünya çapında “Qarabağ” və Azərbaycan sözləri dəfələrlə yanaşı deyilib, təkrarlanıb. Ən azından dünya nəhəngi “Atletiko"nun “Qarabağ” qarşısında xal itirməsi ilə bağlı UEFA-da yetərincə səs-küy var. Demək, oxumuz hədəfə dəyib və bu, kimlərisə narahat edir”.

AFFA-nın mətbuat xidmətindən Firuz Abdulla bildirib ki, qurum belə məsələlərə öz etirazını həmişə bildirib:

“Klub oyunu olduğu üçün “Qarabağ”ın da müvafiq müraciəti olacaq”.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Azərbaycanın İspaniyadakı səfirliyi məsələ ilə bağlı tədbir görəcək.

14:04

Azərbaycanın İspaniyadakı səfirliyindən bildiriblər ki, sözügedən məqalədən sonra məsələyə dərhal müdaxilə edilib. Səhvlə bağlı nəşrə müraciət ünvanlanıb.

Sonda isə həqiqət öz yerini taparaq “Qarabağ” Azərbaycan klubu kimi təqdim olunub.

***

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyi xüsusi açıqlama ilə çıxış edib.

XİN-in mətbuat xidətindən Teleqraf.com-a daxil olan açıqlamada deyilir: "İspaniyanın məşhur idman nəşri “Mundo Deportivo”ya məxsus http://urbanian.mundodeportivo.com internet səhifəsində “Atletiko”nun futbolçusu Yannik Karrasko haqqında 19 oktyabr 2017-ci ildə dərc edilmiş məqalədə “Qarabağ” Futbol Klubu səhvən erməni klubu kimi təqdim olunub.

Azərbaycanın İspaniya Krallığındakı səfirliyinin müdaxiləsi nəticəsində buraxılan kobud səhvə görə redaksiya heyəti tərəfindən üzrxahlıq edilib, sözügedən məlumat dəyişdirilərək “Qarabağ” Futbol Klubunun Azərbaycana məxsus olması həqiqəti öz əksini tapıb.

http://urbanian.mundodeportivo.com/es/deportes

Yazıda dəyişiklik edilərək "Qarabag FC armenio"əvəzinə "Qarabag azerbaiyano" yazılıb".


Müəllif: Şəfiqə, Səxavət