6 Noyabr 22:39
143

Şahmat üzrə Azərbaycan yığması Krit adasında (Yunanıstan) keçirilən Avropa komanda çempionatının qalibi olub.

Teleqraf.com-un məlumatına görə, son turda Ukrayna komandası ilə heç-heçə oynayan şahmatçılarımız turniri 15 xalla yekunlaşdırıb.

Rusiya yığması 9-cu turda Almaniyadan üstün olub və çempionatı həmçinin 15 xalla bitirib.

Lakin əlavə əmsalların cəminə görə Azərbaycan yığması çempionatın qalibi adını qazanıb.

***

Krit adasında (Yunanıstan) keçirilən Avropa komanda çempionatının sonuncu-9-cu turu keçirilib.

Azərbaycanın kişi şahmatçılarından ibarət yığması Ukrayna komandası ilə qarşılaşıb.

Azərbaycan-Ukrayna matçında Şəhriyar Məmmədyarov-Pavel Elyanov, Teymur Rəcəbov-Yuri Krivoruçko, Arkadi Naydiç-Ruslan Panomaryov və Rauf Məmmədov-Martın Kravtsiv görüşləri keçirilib.

Bütün cütlüklər heç-heçə oynayıb. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

9 turdan sonra Azərbaycan komandası çempionata liderlik edir (15 xal), 2-ci və 3-cü yerləri isə Rusiya ilə Ukrayna bölüşürlər. Çempionatın qalibi hal-hazırda keçirillən Rusiya-Almaniya qarşılaşmasından sonra bəlli olacaq.


Müəllif: Teleqraf.com