7 Dekabr 21:47
688

Çempionlar Liqasında "Liverpul" - "Spartak Moskva" qarşılaşması öncəsi futbolçulara seks qadağası qoyan rus klubunun həkimi Viktoriya Qameeva 7-0 məğlubiyyətindən sonra sözünü geri götürüb.

Teleqraf.com xəbər verir ki, Qameeva sözlərinin təhrif olunduğunu bildirib: "Mən qəti şəkildə "seks olmaz" qadağası qoymamışam. Fikirlərim instaqram səhifəmdə qalır. Yenə də Ukrayna və İspaniya jurnalistləri sağ olsunlar. Sayələrində 16 mindən çox təqibçim oldu".


Müəllif: Teleqraf.com