11 Aprel 2018 19:29
1 718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Argentinalı jurnalist Manuel Sançesin "Real Madrid"in ulduz futbolçusu Kriştiano Ronaldonun Çempionlar Liqasında "Yuventus"a qarşı tətbiq etdiyi akrobtik qol zərbəsini təqlid etmək istəyi ona baha başa gəlib.

Teleqraf.com xəbər verir ki, "məharətini" İnstaqramda paylaşmaq istəyən jurnalistin Ronaldo sayağı zərbəsi ayağının sınması ilə nəticələnib.

Dərhal xəstəxanaya çatdırılan Sançes ''Üzgünəm Ronaldo, bacarmadım" deyə növbəti İnstaqram paylaşımında bildirib.


Müəllif: Ayxan