16 Avqust 2014 14:42

Azərbaycan Üzgüçülük Federasiyasında növbəti hazırlıqlar prosesi start götürüb. Bu barədə Trend-ə Federasiyanın mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov məlumat verib.



Onun sözlərinə görə, Avropa Olimpiya Oyunları öncəsi Azərbaycan üzgüçüləri və vaterpol milli komandası müxtəlif mötəbər yarışlarda və beynəlxalq turnirlərdə iştirak edəcək.



M.Rəhimov bildirib ki, üzgüçülərimiz Boris Kirilov və Evgeni Lazuka Almaniyanın Berlin şhərində keçirilən Avropa birinciliyində güclərini sınayırlar.


Bu gündən etibarən üzgüçümüz Elvira Həsənova Çinin Namq-Çhiq şəhərində keçirilən Yeniyetmələrin 2-ci Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək. Yarışlar avqustun 23-dək davam edəcək.


Azərbaycan Üzgüçülük Federasiyasının 1998-1999-cu il təvəllüdlü idmançılardan ibarət vaterpol milli komandası isə avqustun 17-dən etibarən Polşanın Brest şəhərində təlim məşq toplantılarına start verir. 7 gün məşqlərin ardından vaterpolşularımız beynəlxalq turnirdə güclərini sınayacaqlar. Turnirdə Azərbaycan idmançıları ilə yanaşı Polşa, Bolqarıstan, Rusiya, Belarusun komandaları da mübarizə aparacaq. Təlim məşq toplantısında 16 idmançı iştirak edəcək.



Qeyd edək ki, beynəlxalq turnir 4 gün davam edəcək.


Müəllif:
Загрузка...