16 Aprel 2014 15:47
1 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mançester Yunayted” “Sautgempton”un sol cinah müdafiəçisi Lyuk Şounu transfer etməkdə israrlıdır. “Qırmızı şeytanlar” 18 yaşlı futbolçuya görə 30 milyon funt ödəməyə razıdırlar.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Telegraph” yayıb. Onlar Şounun transferi üçün “Çelsi” ilə mübarizə aparır. Klub rəhbərliyi bu mübarizədə “Çelsi”ni üstələyəcəklərinə əmindirlər.

Futbolçunun “Mançester Yunayted” variantını daha məqbul saymasının səbəbi “Çelsi”də əsas heyətə düşə bilməyəcəyidir. “Mançester Yunayted” Lyuk Şounu bilavasitə Patris Evranın əvəzinə gətirmək istəyir.

Aygün İlqarqızı


Müəllif: