16 May 2014 17:10
442

“Fənərbaxça” klubu Somada kömür mədənində baş verən partlayışa laqeyd qalmayıb.

Teleqraf.com xəbər verir ki, baş verən mədən faciəsindən sonra "Fənərbaxça" İdman Klubunun İdarə heyəti zərər çəkmiş ailələrin uşaqlarının təhsil xərclərini qarşılamaq üçün təqaüd fondu yaradıb.

Rəhbərlik ilk etapda 100 uşağın 5 il müddətinə təhsil xərclərinin qarşılanacağını bildirib. İdarə heyəti ilk mərhələdə 100 şagirdin təhsili üçün 1 milyon 800 min Türk lirəsi (648min 195 avro) həcmində büdcə ayırıb.

Aygün İlqarqızı


Müəllif: