17 May 2014 12:45
392

UEFA Maliyyə "Fair-Play" qaydalarına tabe olmayan klubları cəzalandırıb.

Teleqraf.com xəbər verir ki, xəbər verir ki, cəzalananlar içərisində "Mançester Siti" də var.

İngiltərə təmsilçisinin rəsmi saytındakı açıqlamada klubun 60 milyon avro cərimə ödəyəcəyi bildirilib. Cəza bununla bitmir. “Şəhərlilər” 2014-2015 mövsümündə Çempionlar Liqasına 23 futbolçu yox, 21 futbolçu sifariş edəcəklər. İngilis nəhəngi ən çox 60 milyon avroluq transferlər həyata keçirə biləcək.

UEFA eyni səbəblə “Qalatasaray”ı da cəzalandırıb. İstanbul klubu 200 min avro cərimə edilib.

UEFA sübuta yetirib ki, "Cim Bom" Maliyyə "Fair-Play" qaydalarını pozaraq, qazandığı məbləğdən 9,4 milyon avro çox pul xərcləyib.

Yeni qaydalara görə, klubların qazandığı məbləğdən çox vəsait xərcləməsi qadağandı. UEFA bunu nəzərə alaraq, “Qalatasaray” futbol klubunu 200 min avro məbləğində cərimələyib.

UEFA Fransanın PSJ klubunu 60 milyon avro cərimələyib. Bundan əlavə Rusiyanın “Zenit” klubunu 12 milyon, “Rubin”i 6 milyon və “Anji”ni isə 1 milyon avro cərimə edib.

Aygün İlqarqızı


Müəllif: