10 İyul 2015 13:49

İyulun 18-də Çinin Nanjinq şəhərində kikboksinq üzrə reytinq xarakterli peşəkar “Kunlun Fight Series” turniri keçiriləcək.

Turnirdə Fövqaladə Hallar Nazirliyinin (FHN) əməkdaşı, “Qəbələ” İdman Klubunun idmançısı, təcrübəli azərbaycanlı kikboksçu Kobra ləqəbli Pərviz Abdullayev ölkəmizi təmsil edəcək.O iyulun 14-də Çin Xalq Respublikasına yola düşür.

İdmançımızın 75 kiloqram çəki dərəcəsində rəqibi yerli idmançı Aorigele ilə qarşılaşacaq. Kikboks üzrə beş qat dünya çempionu, “Kobra” ləqəbli azərbaycanlı döyüşçü Pərviz Abdullayev keçirdiyi 41 doyüşündən 38-də qalib gəlib, bunlardan 13-ü nokautla bitib.

Bu haqda danışan P.Abdullayev bildirib ki, bu döyüşə artıq bir neçə aydı məşqçisi Mehman Umudov və FHN-nin əməkdaşı polkovnik Fizuli Musayevin rəhbərliyi altında hazırlaşır. Həmçinin idmançı mütamadi olaraq “12 May Cobra” Kikboks İdman Cəmiyyətinin təşkilatşılığı ilə keçirilən məşqlərdə də iştirak edib.

Qeyd edək ki, may ayında keçirilmiş yarışda Kobra Pərviz rəqibinə 2 dəqiqəyə nokautla qalib gəlmişdi.

BƏXTİYAR


Müəllif:
Загрузка...