1 Avqust 2015 10:21
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Afyon şəhərində təlim-məşq toplanışında olan "Neftçi" sonuncu yoxlama oyununu Türkiyə Superliqası təmsilçisi "Antalyaspor"a qarşı keçirib.

Teleqraf.com xəbər verir ki, "Afyon Arena"da keçirilən matç "ağ-qaralar"ın qələbəsi ilə başa çatıb – 2:0. Sözügedən qarşılaşmada "Antalyaspor"un yeni transferi Samuel Eto start heyətdə meydana daxil olub.

"Neftçi" bundan əvvəlki yoxlama görüşlərində "Alanyaspor"la (Türkiyə) bərabərə (1:1) qalıb, "Əl-Fasali"yə (Səudiyyə Ərəbistan) qalib (2:1) gəlib.

Yoxlama oyunu

31 iyul

"Neftçi" (Azərbaycan) - "Antalyaspor" (Türkiyə) - 2:0

Qollar: Ruslan Qurbanov, 60, Fəhmin Muradbəyli, 88

"Neftçi"nin start heyəti: Aqil Məmmədov, Elvin Bədəlov, Melli, Aylton, Kamal Qurbanov, Kaue, Rəhman Hacıyev, Elşən Abdullayev, Samir Məsimov, Araz Abdullayev, Məhəmməd Qurbanov.

Sonradan meydana daxil olanlar: Ruslan Qurbanov, Erik Ramos, Məqsəd İsayev, Fəhmin Muradbəyli, Rahil Məmmədov, Mirabdulla Abbasov, Orxan Qurbanlı, Əziz Quliyev, Orxan Bəşirov.

Rüstəm


Müəllif: