7 İyun 2014 11:05
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa milli komandası ciddi itki ilə üzləşib.

Publika.az xəbər verir ki, “xoruzlar”ın lideri Frank Riberi Braziliyada keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək. Riberi kürəyində ağrılar hiss edib. Həkim müayinəsindən sonra məlum olub ki, futbolçunun zədəsi ciddidir. Həkimlər onun zədəsini heç cür sağalda bilməyib.

Bundan başqa, fransızlar Klemen Qrenyeyi də itirib. Baş məşqçi Didye Deşam iştirak ərizəsinə 2 futbolçu əlavə edib. Onlar “Monpelye”də çıxış edən Remi Kabelya və “Sautqempton”da top qovan Morqan Şnayderlindi.


Müəllif: