8 İyun 2014 22:35
353

İspaniya millisinin hücumçusu Fernando Torres DÇ-2014-dəki favoritlərinin adını açıqlayıb.

O, çıxış etdiyi millini və Braziliyanı yarışın favoriti kimi gördüyünü söyləyib.

“İspaniya millisi bu çempionatın da qalibi adına əsas namizəddir. Amma adətən, belə yarışlarda meydan sahibi də favorit kimi göstərilir. Braziliya evdə oynayacaq. Onlar güclüdürlər və yaxşı heyətləri var. Əgər İspaniya yenidən çempion adını qazansa, bu, qanunauyğunluq olacaq. Mən və komanda yoldaşlarım bu arzuyla yaşayır” – deyə Torres bildirib./qol.az/


Müəllif: