16 İyun 2014 14:55
2 046
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il dekabrın 29-dan komada olan "Formula 1" çempionu Mixael Şumaxerdən sevindirici xəbər gəlib.

Məşhur pilotun meneceri Sabine Kehm Şumaxerin komadan ayıldığını açıqlayıb:

"Şumaxer daha komada deyil. Ancaq onun uzun müddət müalicəsi davam edəcək".

"Bild" qəzeti isə məşhur pilotun gözlərini açdığını və ailəsi ilə danışdığını yazıb. Digər məlumata görə, Şumaxer artıq başqa bir xəstəxanaya köçürülüb.

Qeyd edək ki, Şumaxer Fransada dağ xizəyi sürərkən yıxılaraq başı qayaya çırpılmış və komaya düşmüşdü.

Teleqraf.com


Müəllif: