5 İyun 2017 00:12
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran ilə Azərbaycanın dəmir yolları birləşəcək və bu yol “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında mühüm rol oynayacaq.

Teleqraf.com-un AzərTAC-a istinadən verdiyi məlumata görə, bunu İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forumdakı çıxışı zamanı bildirib.

M. Vaezi deyib edib ki, İran MDB dövlətləri ilə iqtisadi əlaqələrini inkişaf etdirərək genişləndirməkdə maraqlıdır və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi bu inkişafı təmin edəcək.


Müəllif: Teleqraf.com