20 İyun 10:34

Dünya birjalarında neftin qiyməti dəyişib.

Teleqraf.com xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barrelə görə 0,37 dollar azalaraq 44,20 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barrelinin dəyəri isə 0,26 dollar azalaraq 46,96 dollar olub.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azəri Layt" markalı xam neftin 1 barrelinin qiyməti isə 0,46 dollar artaraq 47,69 dollar olub.


Müəllif: Teleqraf.com