21 Oktyabr 2017 14:27
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Münxen şəhərində şəxsiyyəti bəlli olmayan bir nəfər əlindəki bıçaqla insanlara hücum edib.

Teleqraf.com xəbər verir ki, hücum nəticəsində bir neçə nəfər yaralanıb.

Hələlik konkret neçə nəfərin bıçaqlandığı və buna nəyin səbəb olduğu bəlli deyil.

Polis əhalini Rosenheimerplatz bölgəsindən uzaq durmağa, bu ətrafda gəzməməyə çağırıb. Ehtimal olunur ki, insanlara hücum edərək bıçaqlayan şəxs şəhərin bu bölgəsindədir. Münxen polisi həmin şəxsi həbs edə bilməyib.

Cinayətkarın bu hücumunun terror aktı olub-olmadığı da məlum deyil.


Müəllif: Cavad