5 Mart 2015 20:27
361

"Sığortalı gənclik" layihəsi çərçivəsində bu dəfə Bakı Slavyan Universitetində görüş keçirilib.

Görüşdə universitetin 70 tələbəsi iştirak edib. Azərbaycan Sığortaçılar Assosiasiyasının nümayəndələri tələbələrə layihənin məqsədi və sığorta ilə bağlı maariflənmənin əhəmiyyətindən danışıblar. Tədbir iştirakçılarına, həmçinin sığortanın tarixi, dünya sığorta bazarında gedən proseslər, Azərbaycanın sığorta sektorundakı mövcud vəziyyətlə bağlı geniş məlumat verilib, sığortanın mahiyyəti və onun faydaları barədə danışılıb.

Görüşdə tələbələrin sığorta ilə bağlı sualları cavablandırılıb, onlarla fikir mübadiləsi aparılıb. İştirakçılar sığorta sahəsinə aid maraqlı fikirlər səsləndiriblər. Ümumilikdə, iştirakçılar təlimi maraqla qarşılayıb və faydalı məlumatlar əldə etdiklərini bildiriblər.

Xatırladaq ki, “Sığortalı gənclik” layihəsi Azərbaycan Maliyyə Nazirliyinin, eləcə də Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyasının, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və “Vətəndaş cəmiyyətində debat” İctimai Birliyinin təşkilatçılığı və “Buta Sığorta”nın tərəfdaşlığı ilə həyata keçirilir.

Layihənin məqsədi Azərbaycan gəncləri arasında sığorta sahəsinin təbliği və təşviqi, gənclərin işçi kimi bu sahəyə cəlb olunması, onlarda sığorta mədəniyyətinin formalaşdırılmasıdır.


Müəllif: