9 İyul 2015 23:35
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan İpoteka Fondu (AİF) 2015-ci il üçün maliyyə hesabatlarının auditinin keçirilməsi üzrə kənar auditorun seçilməsi ilə bağlı tender elan edib.

AİF-dən Teleqraf.com-a bildiriblər ki, satınalmada iştirak haqqı 150 manatdır. Satınalma üzrə ilkin sənədlər iyulun 27-dək, təklif zərfləri isə avqustun 7-dək qəbul ediləcək. Məsələ üzrə zərflər avqustun 8-də AİF-in inzibati binasında saat 15:00-da açılacaq. Satınalmanın nəticəsi fondun əsasnaməsinə uyğun olaraq, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti tərəfindən təsdiq edildikdən sonra qalib elan olunacaq.


Müəllif: