2 İyul 2014 18:20

Çanaqqalaya həsr edilən və Türkiyə Mədəniyyət Nazirliyi tərəfindən çəkilişinə 1 milyon 750 min lirə maliyyə dəstəyi ayrılan "Son məktub" filminin çəkilişləri başlayıb.

Teleqraf.com bildirir ki, çəkilişlər Çanaqqalada aparılır. Tansel Öngel, Nəsrin Cavadzadə, Nərmin Hüseynova, Barbara Sotelsek kimi aktyorların rol aldığı filmin fevralın 27-də ekrana çıxması planlaşdırılır.

Filmin rejissorluğunu Özhan Eren həyata keçirir. Filmdə Tansel Öngelin canlandırdığı pilot Salih Ekrem ilə Nesrin Cavadzadənin oynadığı Nihal adlı tibb bacısının hekayəsindən bəhs edilir.

Daha öncə "120" adlı film lentə alan Özhan Eren Çanaqqala savaşının 100 illiyinə yaraşan bir film ortaya qoymaq istədiklərini deyib. “Bu layihədə para-pul hesablarını deyil, filmin özünə böyük önəm veririk. Harada qaynaq tapmışıqsa ora müraciət etmişik. Bir hədəfimiz var: Çanaqqala savaşının 100 illiyi şəninə yaraşan film ortaya çıxarmaq. Biz məmnun olaq, tamaşaçılarımız sevinsin istəyirik".

Filmdə baş rolu canlandıran Nəsrin Cavadzadə ssenaridə onu ən çox təsirləndirən məqamın canlandırdığı obrazın fədakarlığı olduğunu deyib. /ANS PRESS/


Müəllif: