16 May 2017 23:10
1 300
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əşyası, avtomobili və ya geyimi ölümündən sonra milyonlarla dollara hərraca qoyulan məşhurlar barədə eşitmişik. Bəs saçı hərraca qoyulan məşhurları tanıyırıqmı?

Teleqraf.com xarici mediaya istinadla saçları yüksək məbləğə hərraca çıxarılan məşhurların adlarını təqdim edir.

Fransa imperatoru Napoleon Bonapartın saçlarının bir santımetri hələ 2015-ci ildə 2168 dollara, mərhum Amerika prezidenti Con Kennedinin saçının bir çəngəsi 4,5 min dollara, bəstəkar Bethovenin saçları 8 min dollara, əfsanəvi sarışın Merilin Monronun saçları isə 2016-cı ildə 42,5 min dollara hərraca çıxarılıb.

Şəfiqə Nazimqızı


Müəllif: Teleqraf.com