18 İyul 2014 10:20
1 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollivud ulduzu Şeron Stoun verdiyi maraqlı açıqlamaları ilə yenidən gündəmə gəlib.

Alınan məlumata görə, aktrisa daha çox sevildiyi "Əsas instinq" filmində yaratdığı məşhur səhnədə rejissorun onu aldatdığını etiraf edib.

Rejissorluğunu Paul Verhoevenin etdiyi filmdə canlandırdığı obraz barədə 22 il sonra maraqlı etiraflar edən Stoun pərəstişkarlarını şoka salıb. Rejissorun onu aldardığını deyən Şeron müsahibəsi zamanı həmin filmdə erotik səhnənin olmasından xəbərsiz olduğunu vurğulayıb:

"Dindirmə səhnəsində erotik məqam olmamalı idi. Verhoeven kameraya düşdüyü üçün alt geyimimi çıxartmağı məndən xahiş etdi və bu sahələrin görsənməyəcəyinə söz verdi. Həftələr sonra çəkilişlər bitdi. Kann festivalına getməzdən öncə birlikdə oturub kinoya baxdıq. Həmin səhnəni görəndə böyük şok yaşadım, ayağa qalxıb ona sillə vurdum".

Bu filmdəki rolu sayəsində dünya ulduzuna çevrilən Şeron Stoun rejissorun onu aldatmasının pis təsir etdiyini bildirib: "Əgər mən də rejissor olsaydım həmin səhnədən istifadə edərdim, amma bu barədə mənə nə isə deməli idi. Bu hörmətsizlikdir".

/ans press/
.


Müəllif: