6 Sentyabr 2017 20:08
1 414
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin tanınmış müğənnisi Pətək Dinçöz bu gün Bakıya gəlib.

Teleqraf.com xəbər verir ki, o, jurnalistlərə açıqlamasında Azərbaycanı ikinci vətəni adlandırıb.

Sənətçi qeyd edib ki, Azərbaycanda ev almağı planlaşdırır: "Mənim nənəm Azərbaycan əsillidir. Məhz buna görə də Azərbaycan mənə çox doğmadır. Bura mənim ikinci evimdir. Azərbaycanı çox sevdiyim üçün buradan ev almağa hazırlaşıram".


Müəllif: Teleqraf.com