3 Oktyabr 02:12

Xalq artistləri Məleykə Əsədova Ramiz Məliki məkhəməyə verir. Teleqraf.com xəbər verir ki, bu barədə o, İnstaqram hesabında yazıb.

“Xalq artisti Ramiz Məlikin saytların birinə ailəm, anam-atamla bağlı verdiyi açıqlamadan sonra ciddi düşündüm. Biz onunla məhkəmədə görüşəcəyik. Mən ana-atamın ruhuna görə onu bağışlamayacam və o, qanun qarşısında işlətdiyi şərəf və ləyaqəti alçaldan sözlərə görə cavab verəcək. Bu yaşıma kimi heç bir məhkəməyə müaricət etməmişəm. Ancaq bu dəfə ailəmə dil uzatdılar”, - deyə aktrisa bildirib.

Xatırladaq ki, R. Məlik Feysbuk hesabında Məleykə Əsədovanı geyiminə təhqir edib.


Müəllif: Teleqraf.com