27 Aprel 2014 11:25
1 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur Hollivud ulduzu Corc Kluni nişanlanıb. Aktyor Amal Alamuddin adlı hüquqşünas xanımla nişanlanıb. Cütlük bu həftə Kaliforniyadakı restoranların birində jurnalistlərin diqqətinə tuş gəlib.

Jurnalistlərin dediyinə görə, Alamuddinin barmağında “cəlbedici” üzük var idi. Nişan mərasimi bu yaxınlarda baş tutub və cütlüyün hələki toy etmək fikri yoxdur. Müxbirlər qeyd edib ki, Kluni və Alamuddin öz nişanlanmaları haqqında məlumat yaymasalar da, gizlətmək üçün də səy göstərmirlər.

Əldə edilən məlumatlara görə, Kluni və nişanlısı keçən ilin oktyabr ayından görüşməyə başlayıblar.

Xatırladaq ki, Corc Kluni ikiqat Oskar sahibidir və bundan əvvəl bir dəfə evli olub, 1993-cü ildə boşanıb. Bundan əvvəlki müsahibələrində aktyor dəfələrlə daha evlənməyəcəyini bildirmişdi. /anspress/


Müəllif: