5 May 2016 00:37
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Vasif Məhərrəmli Xalq artisti Məleykə Əsədova ilə münasibətindən danışıb.

Xatırladaq ki, bu günlərdə Flora Kərimova "Bu sevgiyə dözüm yox" adlı mahnının klipini təqdim edərkən, Məleykə Əsədova çıxış edən zaman Vasif Məhərrəmli danışmağa başlayıb. Bu hərəkət isə aktrisanın xoşuna gəlməyib "Vasif, sakit dayan sən danışanda mən səni dinləyirdim. Belə olmaz axı" deyərək Vasif Məhərrəmliyə etirazını bildirib.

Bu haqda Teleqraf.com-a danışan Vasif Məhərrəmli xalq artisti Məleykə Əsədova ilə münasibətinin yaxşı olduğunu deyib:

"Məleykə xanımla münasibətimiz əladır. Həmin gün ona zəng etdim və dedim ki, ay Məleykə, bu nə oyundur? Orada o sözü niyə dedin? Biz Məleykə xanımla dostuq. O ürəyi təmiz insandır. Dediyim kimi həmin gün zəngləşdik və münasibətimiz yaxşıdır. Küsülü olmadığımızı göstərmək üçün indi də zəng edə bilərəm".

Rəqsanə


Müəllif: