17 İyun 2017 21:39
1 119
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın bütün diktatorlarını ümumi oxşarlıqlar birləşdirib. Zamanından və məkanından asılı olmayaraq, bu belə olub. Qarsiya Markesin “Patriarxın payızı” əsərində bu detla çox gözəl əks olunub.

Dikatorların qəribəlikləri də sanki bir-birinə oşxardı. Milyonlarla insanı qorxu altında saxlayan bu şəxslər özləri çox kiçik və müəmmalı nələrdənsə qorxublar.

Bu diktatorlardan birinin qəribə qorxusu haqqında faktı təqdim edirik:

Haiti diktatoru Jean-Claude Duvalier qara itlərdən dəhşətli dərəcədə qorxunun psixoz vəziyyətini yaşayırdı. O, hətta ölkəsində bütün qara itlərin öldürülməsi ilə bağlı əmr də vermişdi. Diktatorun növbəti psixoloji sərsəmləməsi ABŞ-ın qətlə yetirilən prezidenti Kennedi ilə bağlıdır. Kennidinin necə qətlə yetirilməsi, harada öldürülməsi hamıya məlumdur. Amma Duvelier bu ölümə özünü gübahkar bilirdi. Kennedi dəfn olunan zaman məmurlarından birini dəfn mərasiminə göndərərək oradakı havanı bir qutuya yığmağı tapşırdı. Təbii ki, psixoloji pozuntu yaşayırdı və o, bununla guya Kennedinin ruhu ilə təmasda olduğunu düşünürdü.

Qeyd edək ki, ABŞ prezidenti Con Kennedi 1963-cü il, 22 noyabr tarixində hava limanında qətlə yetirildi. Snayper atəşinə tuş gələn prezident təcili xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmadı. Həmin hadisə ABŞ tarixinə “qara cümə” kimi düşüb./moderator.az/


Müəllif: Teleqraf.com